Goranboyda yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolununun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başladılıb.
















