• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Xamenei ordu və SEPAH-a yeni komandanlar təyin edib 

DÜNYA

10 Avqust 2026 | 20:09 | Müəllif: Gülşən Şərif

Xamenei ordu və SEPAH-a yeni komandanlar təyin edib

İranda hərbi vəzifələrə yeni təyinatlar həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İranın Ali rəhbəri Müctəba Xamenei bununla bağlı fərman imzalayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Keyumers Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

Bundan başqa, Əhməd Vahidi general-mayor rütbəsi almaqla, SEPAH-ın baş komandanı vəzifəsinə yüksəlib. Mustafa İzədi isə onun müavini olacaq.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı Əli Əzmaiyə, "Bəsic"in rəhbərliyi isə Hüseyn Taibə həvalə edilib.

Xatırladaq ki, Əhməd Vahidi martın 1-dən SEPAH-ın komandanı vəzifəsini icra edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR