• Bakı 27° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

DİQQƏT: Bakının bəzi küçələri tam bağlanacaq

CƏMİYYƏT

10 Avqust 2026 | 21:11

DİQQƏT: Bakının bəzi küçələri tam bağlanacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.

Məlumata görə, 14 İyul küçəsi (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsi (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsi (Nəsimi rayonu) – 11 avqust 2026-cı il saat 18:00-dan etibarən bağlanacaq.

Məhdudiyyətin təmir işləri başa çatanadək qüvvədə olacağı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR