• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Özəl bağçalara qeydiyyat başlayır

CƏMİYYƏT

09 Sentyabr 2026 | 16:53 | Müəllif: Günəş Mərd

Özəl bağçalara qeydiyyat başlayır

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, valideynlər övladlarını mygov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan başlayaraq sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR