Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində son sutka ərzində 18 təbii yanğın söndürülüb, hazırda regionda 44 aktiv yanğın ocağı qalmaqdadır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dairənin Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Departamenti məlumat yayıb.
Məlumata görə, 44 yanğın ümumilikdə 50 min hektardan çox ərazini əhatə edir. Söndürülən 18 yanğının sahəsi isə 7,3 min hektar olub. Yanğınların söndürülməsinə 800-ə yaxın şəxsi heyət və "Mi-8" helikopterləri cəlb olunub.
Qeyd edək ki, bürkü hava şəraiti səbəbindən yanğınların sahəsi böyüdüyü üçün regionda təkrar fövqəladə hal rejimi tətbiq edilib. Sakinlərə meşələrə daxil olmaq və tonqal qalamaq qadağan olunub.
Zeynəb Rzayeva
Bakı 



