• Bakı 27° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

“Yabloko” partiyası seçkilərdən kənarlaşdırıldı

DÜNYA

10 Avqust 2026 | 21:33

“Yabloko” partiyası seçkilərdən kənarlaşdırıldı

Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasını Dövlət Dumasına seçkilərdən kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə bu qərarı “Rodina” partiyasının iddiası əsasında avqustun 10-da, səkkiz saatdan çox davam edən iclasdan sonra qəbul edib.

Qərarın əsas səbəbləri kimi partiyanın seçki kampaniyası materiallarında müəllif hüquqlarını pozması və xarici maliyyələşmə ilə bağlı qanun pozuntuları göstərilib.

“Yabloko” partiyası isə qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, bu, müasir Rusiya tarixində artıq qeydiyyata alınmış partiya siyahısının məhkəmə qərarı ilə seçkidən çıxarıldığı ilk haldır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR