• Bakı 27° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Keçmiş deputatın həyətində 12 yaşlı qızın meyiti tapıldı

DÜNYA

10 Avqust 2026 | 21:42

Keçmiş deputatın həyətində 12 yaşlı qızın meyiti tapıldı

Krımda 12 yaşlı bir qız velosiped gəzintisinə çıxıb və bir daha evə qayıtmayıb.

Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, onun meyiti sabiq deputat və yerli icma mərkəzinin direktoru Valentin B.-nin həyətində tapılıb. Onun sözlərinə görə, qız ondan bir neçə balon maye qaz almaq istəyb. O, balonları qıza verəndə yeniyetmə qəfildən onlardan birini nəfəsinə çəkib və huşunu itirib.

Valentin qızı evə aparıb və onu ayıltmağa çalışıb, lakin xilas edə bilməyib. Daha sonra onun cansız bədəni həyətə aparıb çuxura basdırdığı ehtimal olunur.

Uşağın axtarışı hüquq-mühafizə orqanlarını Valentinin evinə aparıb. Sabiq deputat saxlanılıb. O, yetkinlik yaşına çatmayan uşağı antisosial davranışa cəlb etməkdə və bilmədən onun ölümünə səbəb olmaqda ittiham edilir.

Müstəntiqlər cinayət yerini araşdırıblar və qızın ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR