Kolumbiyada baş verən zəlzələdə ələnlərin sayı artır.
Bakıvaxtı.az xəbər verir kiş. bu barədə Kolumbiya Paytaxtları Assosiasiyasının (Asocapitales) ölkədə baş verən 7,4 bal gücündə zəlzələdən sonrakı son vəziyyətlə bağlı açıqlamasında bildirilir.
Məlumata görə, ölənlərin sayı 132-yə çatıb, 700-dən çox insan yaralanıb.
Zəlzələdən bi neçə şəhərdə qırmızı xəbərdarlıq elan edilib və təhlükəsizlik səbəbi ilə komendant saatı tətbiq edilib.
Pereira, Cali, Quibdo, Manisales şəhərlərində axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir və ən çox ölüm halı 60 nəfərin həyatını itirdiyi Pereira şəhərində qeydə alınıb.
188 nəfərin itkin düşdüyü bildirilir və ölənlərin sayının daha da artacağı ilə bağlı narahatlıqlar var.
Ölkənin üçüncü ən böyük şəhəri olan Calidə bəzi yollar dağılıb və 10 xəstəxana fəaliyyət göstərə bilmir. Paytaxt Boqota və Medellindən axtarış-xilasetmə qrupları dəstək göstərmək üçün bölgəyə göndərilib.
Kibdo və Manizalesdə zəlzələ su, elektrik enerjisi, telekommunikasiya və nəqliyyat xidmətlərində fasilələrə səbəb olub.
Qeyd edək ki, Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan 115 kilometr dərinlikdə baş verib. Paytaxt Boqota və digər şəhərlərdə hiss olunub.
Murad Məmmədli
Bakı 



