• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Müharibə noyabrda bitir

DÜNYA

09 Sentyabr 2026 | 23:26 | Müəllif: Əli Hüseynov

Müharibə noyabrda bitir

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.

“Məncə, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar daha davam gətirə bilməyəcəklər”, – ABŞ Prezidenti bildirib.

Tramp İranın ABŞ-dəki aralıq seçkilərin nəticələrinə təsir göstərməyə çalışa biləcəyini də iddia edib.

“Onlar seçkilərə təsir göstərmək üçün ümidsiz şəkildə çalışacaqlar ki, hakimiyyətə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək zəif insanlar gəlsin”, – Tramp qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR