• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransada Renuarın oğurlanmış rəsmləri tapıldı

DÜNYA

09 Oktyabr 2026 | 22:26 | Müəllif: Subhan Mahmudov

Fransada Renuarın oğurlanmış rəsmləri tapıldı

Fransanın Kot-dazur bölgəsində yerləşən muzeydən sentyabrın 8-də oğurlanmış iki rəsm əsəri bir ay sonra tapılıb. Hadisə ilə bağlı altı nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Söhbət Pyer-Ogüst Renuarın “Madam Kolonna Romanonun portreti” və “Quyu kənarında gənc qadın” adlı əsərlərindən gedir.

Oğrular muzeyə pəncərədən daxil olaraq cəmi üç dəqiqə ərzində divarlardan dörd rəsm əsərini götürüblər. Onlar qaçarkən iki əsəri atıblar, digər iki rəsm isə yalnız indi tapılıb. Əsərlərin harada aşkarlandığı hələlik açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026