Samsung “Galaxy” S23 seriyası üçün Android yeniləmələrinin sonu elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, şirkət “Galaxy” S23, S23 Plus, S23 Ultra və S23 FE modellərinin alacağı son böyük əməliyyat sistemi yeniləməsinin Android 17 əsasında One UI 9.0 olacağını təsdiqləyib.
Android 13 ilə satışa çıxarılan telefonlar Android 14, 15 və 16 yeniləmələrini artıq alıb.
Android 17-dən sonra cihazlara böyük sistem yeniləmələri verilməyəcək.
Bununla belə, Samsung bu modellər üçün 5 il ərzində təhlükəsizlik yeniləmələri təqdim etməyə davam edəcək.
One UI 9.0 yeniləməsinin S23 seriyasına nə vaxt çatacağı hələ dəqiq deyil.
Bakı 



