• Bakı 27° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Cənubi Koreya Ukraynaya silah verməyəcək

DÜNYA

10 Avqust 2026 | 20:34

Cənubi Koreya Ukraynaya silah verməyəcək

Cənubi Koreya Respublikası Ukraynaya ölümcül silah verməmək siyasətinə sadiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Cənubi Koreyalı diplomat bildirib ki, Koreya həmişə daxili qanunlarına uyğun olaraq hərbi texnika təchiz edib. Cənubi Koreya qanunvericiliyi hərbi münaqişə yaşayan ölkələrə ölümcül silahların tədarükünü qadağan edir.

"Biz Ukraynaya enerji, infrastruktur, səhiyyə və təhsil də daxil olmaqla müxtəlif sahələrdə yardım göstərmişik. Ukraynada sülhün bərpası və onun yenidən qurulması ilə bağlı təkliflər nəzərdən keçiriləcək", - deyə rəsmi şəxs bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR