• Bakı 27° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

V qrup üzrə dövlət sifarişli yerlərin sayı açıqlanıb

CƏMİYYƏT

10 Avqust 2026 | 18:31

V qrup üzrə dövlət sifarişli yerlərin sayı açıqlanıb

V ixtisas qrupu üzrə ümumilikdə 1 543 dövlət sifarişli plan yeri ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.

Bu qrup üzrə ən çox dövlər sifarişli plan yeri Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (190), Təsviri incəsənət müəllimliyi (180) və İnstrumental ifaçılıq (160) ixtisasları, ən az yer isə Bəstəkarlıq ixtisası (10 yer) üzrə ayrılıb.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbul qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanının birinci mərhələsi üzrə topladığı ümumi balı əsasında aparılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların komissiyalar üzrə bölgüsü və qeydiyyat zamanı nəzərə alınan şərtlər “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR