"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"a qarşı keçirəcəyi cavab oyununun bütün biletləri satılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Masazırda yerləşən 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmanı tam tribunalar önündə izləmək mümkün olacaq.
Qeyd edək ki, "Sabah" - "Orhus" matçı bu gün, avqustun 11-də, saat 20:00-da başlayacaq. Komandalar arasında Danimarkada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Bakı 



