• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Sabah” “Mançester Yunayted”lə qarşılaşır 

İDMAN

10 Sentyabr 2026 | 09:17 | Müəllif: Günəş Mərd

“Sabah” “Mançester Yunayted”lə qarşılaşır

Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Bakı təmsilçisi İngiltərədə turnirin favoritlərindən olan “Mançester Yunayted”lə üz-üzə gələcək.

“Old Trafford” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu FIFA referisi, fransalı Villi Delajo idarə edəcək.

“Sabah” üçün bu görüş klub tarixində xüsusi əhəmiyyət daşıyır. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə mübarizə aparır və debüt oyununu İngiltərə nəhənginə qarşı keçirir.

Qeyd edək ki, “Sabah” növbəti matçını oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya” klubuna qarşı keçirəcək.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026