• Bakı 28° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

İrəvan Moskvanın tələbini rədd etdi

DÜNYA

11 Avqust 2026 | 13:19

İrəvan Moskvanın tələbini rədd etdi

“Yaxın aylarda Ermənistanda ölkədə müzakirə edilməmiş bir məsələ ilə bağlı referendum keçirilə bilməz”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sərkis Xandanyan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq və Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mümkün referendum barədə müzakirələri şərh edərkən bildirib.

Deputat vurğulayıb ki, Ermənistan AİB-in tamhüquqlu üzvüdür və yaxın vaxtlarda onun statusu dəyişməyəcək:

“Ermənistan AİB-in tamhüquqlu üzvüdür və yaxın aylarda iştirakımız davam edəcək. Ermənistanın üzvlüyü həm ölkəmizin, həm də AİB-in digər üzv dövlətlərinin maraqlarından irəli gəlir”.

Xandanyan əlavə edib ki, Aİ-yə inteqrasiya prosesi daxili xarakter daşıyır: “Bizim üçün Aİ ilə inteqrasiya prosesi daxili islahatlar prosesidir. Bu proses iqtisadi subyektlərimizə öz standartlarını Avropa bazarlarına uyğunlaşdırmaq imkanı verir”.

KTMT mövzusuna toxunan deputat bildirib ki, təşkilatda fəal iştiraka qayıtmaq üçün əsas görmür:

“Ermənistanın KTMT-də iştirakını fəallaşdırmağa bizi məcbur edə biləcək hər hansı səbəb və ya şərait olduğunu düşünmürəm. Ermənistanın hansı problemlərə görə üzvlüyünü dondurduğunu bilirsiniz və həmin problemlər bu günə qədər qalmaqdadır”.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bundan əvvəl Ermənistandan müvafiq məsələ üzrə referendum keçirməyi tələb etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026