• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Vəliəhd HARADADIR? - Yoxa çıxıb...

DÜNYA

10 Sentyabr 2026 | 11:04 | Müəllif: Əli Hüseynov

Vəliəhd HARADADIR? - Yoxa çıxıb...

Danimarka vəliəhdi şahzadə Kristian Norveçin paytaxtı Osloda kral V Haraldın dəfn mərasimindən sonra qəfil yoxa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveçin "Dagbladet" nəşri məlumat yayıb.

Bildirilir ki, kilsədəki rəsmi mərasimdən sonra vida prosesi Akershus qəsrinin kilsəsində davam edib. Orada dəvət olunmuş qonaqlar üçün qapalı mərasim təşkil edilib. Şahzadə Kristianın kilsəyə daxil olarkən videoya çəkildiyi, lakin mərasim bitdikdən sonra heç kimin onu görmədiyi məqalədə qeyd olunur.

"Vəliəhd şahzadə Kristian heç yerdə görünmürdü", - deyə yazıda vurğulanıb.

Vəziyyətə yalnız axşama doğru aydınlıq gəlib. Məlum olub ki, kralın Norveçə səfəri dövründə regent vəzifəsini icra etmək üçün şahzadə təcili olaraq Danimarkaya qayıtmalı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR