• Bakı 24° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Xəzər dənizindəki liman dronlarla vuruldu

DÜNYA

10 Sentyabr 2026 | 12:32 | Müəllif: Əli Hüseynov

Xəzər dənizindəki liman dronlarla vuruldu

Sentyabrın 10-u gecəsi Rusiyanın hərbi infrastrukturunun yerləşdiyi Mahaçqaladakı (Dağıstan) dəniz limanına dronlarla hücum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

Məlumata görə, şəhərin liman ərazisində ziyan qeydə alınıb. Mahaçqala Beynəlxalq Ticarət Dəniz Limanı Rusiyanın Xəzər dənizindəki yeganə dərin su limanıdır. İl boyu fəaliyyət göstərən strateji əhəmiyyətli nəqliyyat mərkəzidir. Mahaçqala Ticarət Dəniz Limanı neft, taxıl və digər yükləri emal edir.

Xəzər Donanmasının bazası yaxınlıqda yerləşir və İranın "Şahid" dronları əvvəllər region vasitəsilə Rusiyaya çatdırılırdı.

Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukin Ukraynanın Mahaçqalaya endirdiyi pilotsuz təyyarənin zərbəsinin dəniz limanına zərər vurduğunu təsdiqləyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026