• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Betmen”in maşını satışa çıxarılır

DÜNYA

10 Oktyabr 2026 | 12:15 | Müəllif: Gülşən Şərif

“Betmen”in maşını satışa çıxarılır

Rejissor Tim Börtonun 1992-ci ildə çəkdiyi “Betmen qayıdır” filmində Maykl Kitonun idarə etdiyi məşhur “Betmobil” hərraca çıxarılacaq.

Bakıvaxtı.az xəbər verir ki, avtomobilin 7 milyon dollara satılacağı gözlənilir.

Hərracı təşkil edən “Julien’s Auctions” bu satışla “Betmobil” üçün mövcud qiymət rekordunun yenilənəcəyinə ümid edir. Hazırkı rekord 1966-cı ildə Corc Barris tərəfindən hazırlanmış “Betmobil”ə məxsusdur. Sözügedən avtomobil 2013-cü ildə keçirilən hərracda 4,6 milyon dollara satılıb.

“Betmen qayıdır” filmində istifadə olunan avtomobilin uzunluğu təxminən 6 metrdir. Onun karkası iki “Chevrolet Impala”nın şassisi əsasında hazırlanıb.

Qeyd edək ki, hərrac 23 noyabrda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR