• Bakı 28° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

İstanbulda erməni kişi qətlə yetirildi

HADİSƏ

11 Avqust 2026 | 13:38

İstanbulda erməni kişi qətlə yetirildi

İstanbulun Beyoğlu rayonunda polis yaşayış binasında 64 yaşlı Aqop (Hakob) Dəğirməncioğlunun meyitini aşkarlayıb.

Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Ermenihaber" məlumat yayıb.

45 yaşlı Mehmet Şərif Tayık qətl şübhəsi ilə saxlanılıb.

Məlumata görə, o, cinayəti törətdikdən sonra polisə zəng edib, Aqopun evindən pis qoxu gəldiyini bildirib.

Polis hadisə yerinə gəldikdən sonra Aqopun meyitini aşkarlayıb.

Araşdırma zamanı onun çoxsaylı bıçaq zərbələri ilə öldürüldüyü müəyyənləşib.

Tayık ifadəsində Aqopla aralarında kirayə ilə bağlı mübahisə olduğunu, ağır təhqirlərə məruz qaldığını və bundan sonra onu bıçaqladığını deyib.

Şübhəli məhkəmənin qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026