• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Xocalıda mina partladı - XƏSARƏT ALAN VAR - YENİLƏNDİ

HADİSƏ

10 Sentyabr 2026 | 11:33 | Müəllif: Günəş Mərd

Xocalıda mina partladı - XƏSARƏT ALAN VAR - YENİLƏNDİ

Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxs Bərdə Şəhər Diaqnostika Mərkəzinə təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alan şəxsə Xankəndi Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdəyə köçürülüb.

    Hazırda onun əməliyyat olunacağı gözlənilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    09:45

    Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.

    Bu barəsdə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

    Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

    ***

    09:21

    Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

    Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.

    Faktla bağlı araşdırma aparılır. (Report)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR