Xəbər verildiyi kimi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Xəsarət alan olmayıb.
***17:26
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzil yanır.
Bakıvaxtı.az xəbər verir ki, hadisə qəsəbədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
















