• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Masazırda 4 avtomobil yanıb - YENİLƏNİB

HADİSƏ

10 Oktyabr 2026 | 11:32 | Müəllif: Gülşən Şərif

Masazırda 4 avtomobil yanıb - YENİLƏNİB

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində avtomobillərdə yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bun barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində "Mercedes", "Lada" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, həmçinin "Renault" markalı minik avtomobili qismən yanıb.

Yüksək temperaturun təsirindən "Baic" markalı minik avtomobilinin arxa işığı qismən əriyib.

***

09:51

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026