• Bakı 28° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

CƏMİYYƏT

11 Avqust 2026 | 13:22

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Bu il iyulun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər olub, onlardan 844,6 min nəfəri dövlət sektorunda, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Verilən məlumata görə, muzdla çalışan işçilərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026