• Bakı 29° C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Qazaxda otla yüklənmiş yük avtomobili yandı

HADİSƏ

12 Iyul 2026 | 12:02

Qazaxda otla yüklənmiş yük avtomobili yandı

Qazax rayonunda ot tayası yük avtomobili ilə birgə yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Məlumata görə, üzərində 100 kip ot bağlaması daşıyan "QAZ-53" markalı yük avtomobilində qəfildən yanğın baş verib. Qısa müddətdə böyüyən alov nəticəsində həm ot bağlamaları, həm də nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.

Hadisənin başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026