q
  • Bakı 18° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

DÇ-2026-nın əsas favoriti dəyişdi - Yeni siyahı

İDMAN

14 May 2026 | 19:45

DÇ-2026-nın əsas favoriti dəyişdi - Yeni siyahı

ESPN idman nəşri bu il keçiriləcək futbol üzrə dünya çempionatının əsas favoritlərinin yenilənmiş reytinq cədvəlini dərc edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat nəşrin rəsmi saytında yer alıb.

Məlumata görə, reytinqin əvvəlki variantında vahid lider Fransa milli komandası idisə, hazırda cədvəlin ilk pilləsində İspaniya seçməsi qərarlaşıb.

ESPN-in versiyasına görə, dünya çempionatının favoritlərinin ilk onluğu aşağıdakı kimidir:

1. İspaniya

2. Fransa

3. Argentina

4. İngiltərə

5. Braziliya

6. Portuqaliya

7. Almaniya

8. Niderland

9. Mərakeş

10. Norveç

Xatırladaq ki, DÇ-2026 eyni vaxtda üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundial iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.


SON XƏBƏRLƏR