Ölkənin tanınan idmançılarından biri, sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərovun bu gün toy mərasimi keçirilir.
Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, toy mərasimi Bakıda şadlıq saraylarından birində təşkil olunub.
Mərasimində tanınan idmançılar, idman xadimləri, məşqçilər, beynalxalq dərəcli hakimlər və digər rəsmilər iştirak edir .
Hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan T. Əsgərov güləş üzrə qadınlardan ibarət yığma komandanın böyük məşqçisidir.
Xatırladaq ki, T. Əsgərov 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 60 kq. çəki dərəcəsində qızıl medal qazanaraq ölkəmizin Olimpiya çempionu olub.
Bakı 



