q
  • Bakı 18° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

“Görünməz təhlükə” bədəni içdən vurur - Mütəxəssislərdən pis vərdiş xəbərdarlığı

CƏMİYYƏT

14 May 2026 | 16:43

“Görünməz təhlükə” bədəni içdən vurur - Mütəxəssislərdən pis vərdiş xəbərdarlığı

Sağlamlıq mütəxəssisləri xəbərdarlıq edir ki, bəzi geniş yayılmış xəstəliklər uzun müddət heç bir əlamət vermədən orqanizmdə gizli şəkildə inkişaf edərək ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə ürək-damar sisteminə təsir edən bu proses zaman keçdikcə həyati riskləri artırır.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əsas təhlükə xroniki iltihablanmanın (inflamasiya) səssiz şəkildə davam etməsidir. Bu vəziyyət damarların strukturunu zəiflədir, nəticədə infarkt və insult riski yüksəlir.

Qeyd olunur ki, problem yalnız ürək-damar xəstəlikləri ilə məhdudlaşmır. Xroniki iltihabla müşahidə olunan revmatoid artrit kimi xəstəliklər də ciddi risk yaradır. Bu xəstəlik zamanı immun sistemi səhvən oynaq toxumalarına hücum edir və davamlı iltihab yaranır. Nəticədə təkcə oynaqlar deyil, damar sağlamlığı da zərər görür.

Həkimlər bildirirlər ki, gündəlik həyatda geniş yayılmış bəzi pis vərdişlər bu prosesi daha da sürətləndirir. Siqaret istifadəsi, nizamsız həyat tərzi, zərərli qidalanma və xroniki stress inflamasyonu artıraraq xəstəliklərin ağırlaşmasına səbəb olur.

Xüsusilə xroniki stressin orqanizmdə kortizol səviyyəsini yüksəltdiyi, bunun isə damarların daxili səthinə ziyan vuraraq təhlükəli plakların yaranmasını asanlaşdırdığı vurğulanır. Həmin plakların qoparaq qan dövranını bloklaması isə infarkt və iflic kimi ağır nəticələrə yol aça bilər.

Mütəxəssislər riskləri azaltmaq üçün müntəzəm idmanla məşğul olmağı, balanslı qidalanmağı, stressi idarə etməyi və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edir.

Aynur Babazadə


SON XƏBƏRLƏR