q
  • Bakı 19° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bu bürclər mesaja gec cavab verir

CƏMİYYƏT

14 May 2026 | 17:23

Bu bürclər mesaja gec cavab verir

Bəzi bürclər var ki, mesajlara gec cavab vermələri ilə demək olar hər kəsi əsəbiləşdirə bilir. Astroloqların fikrincə, bunun səbəbi hər zaman maraqsızlıq olmur. 

Bakıvaxtı.az xəbər verir ki, bəzi bürclər sadəcə öz dünyasında yaşamağı, bəziləri isə düşünərək cavab verməyi sevir.

Dolça bürcü mesajlara ən gec cavab verənlər arasında ilk sıralarda göstərilir. Onlar telefonu əllərində olsa belə, mesajı görüb saatlar sonra cavab yaza bilər. Astroloqlar deyir ki, Dolçalar azadlıqlarına müdaxilə kimi hiss etdikləri üçün daim yazışmaqdan yorula bilirlər.

Oğlaq bürcləri isə iş və şəxsi planlarını münasibətlərdən önə qoya bilir. Buna görə də mesajlara “vaxt olanda cavab verərəm” düşüncəsi ilə yanaşırlar. Xüsusilə məşğul olduqları dönəmlərdə uzun müddət yoxa çıxa bilirlər.

Əqrəb bürcü də diqqət çəkənlər arasındadır. Onlar bəzən qarşı tərəfi yoxlamaq və ya marağı ölçmək üçün bilərəkdən gec cavab verə bilir. Bu isə münasibətlərdə anlaşılmazlığa səbəb olur.

Balıq bürcləri isə çox vaxt öz düşüncələrinə dalıb mesajı unutduqları üçün gec cavab verir. Astroloqlar bildirirlər ki, onlar bunu qəsdən etməsə də, tez-tez “indi yazaram” deyib saatlarla yox ola bilirlər.

Mütəxəssislər hesab edir ki, bəzi insanlar üçün mesajlaşma sadəcə ünsiyyət vasitəsidir, bəziləri üçün isə diqqət göstəricisi. Buna görə də gec cavab hər zaman soyuqluq mənasına gəlmir.

Aynur Babazadə


SON XƏBƏRLƏR