• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Sabah bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

CƏMİYYƏT

14 May 2026 | 21:36

Sabah bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Daşkəsən, Qazax və Gədəbəy rayonlarının bəzi kənlərində qaz kəsiləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri, həmçinin aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar sabah saat 09:10-dan işlər yekunlaşanadək Daşkəsən şəhərinin, rayonun Alunitdağ, Mədənçilər, Yuxarı Daşkəsən qəsəbələrinin, Mollahəsənli kəndinin, eləcə də Qazax rayonunun Kosalar kəndinin və Gədəbəy şəhərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026