• Bakı C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

ABŞ-ın daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə doğru yola düşdü

DÜNYA

27 Fevral 2026 | 00:31

ABŞ-ın daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə doğru yola düşdü

Amerikanın daha bir təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford" Yunanıstanın Krit adasındakı Souda bazasını tərk edərək Yaxın Şərqə doğru yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hərbi gəmi yanacaq doldurmaq və əməliyyat dəstəyi üçün bazaya gəlib.

Qeyd edək ki, daha əvvəl "Vol Strit Jurnal" qəzeti ABŞ Hərbi Dəniz Qüvvələrinin flaqman təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford"un kanalizasiya sistemində ciddi problemlər yaşadığını və bu üzdən Kritə yan aldığı bildirmişdi.

Sosial mediada yayılan xəbərlərdə sahilə çıxmaq üçün icazələri olmayan hərbçilərin yaranmış duruma etiraz olaraq gəmidə təxribat törətdiyi iddia edilirdi.


SON XƏBƏRLƏR

26 Fevral 2026