• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb - FOTOLAR

CƏMİYYƏT

27 Fevral 2026 | 10:12 | Müəllif: Qalib İbrahimoğlu

“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb - FOTOLAR

2026-cı ilin ən iddialı bar layihələrindən biri olan “Bizon Max Kokteyl Yarışması” uğurla yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, layihə zamanı HoReCa sektorunun peşəkarları bir araya gəlib. Yarışma əyləncə sektorunda kokteyl mədəniyyətinin inkişafına xüsusi töhvə verən irimiqyaslı platformaya çevrilib.

Müsabiqəyə ümumilikdə 72 nəfər müraciət etmişdi. Final gecəsində isə iştirakçı sayı 250 nəfərdən çox olmuşdu.

Yarışda iştirakçılar yaradıcılıq, texniki bacarıq və təqdimat meyarları əsasında qiymətləndirilib. Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı kokteyllərin restoran və bar menyularına daxil edilməsi üçün tövsiyə olunacağı bildirilib.

Qaliblərə yarışmanın nəticələrinə uyğun olaraq dəyərli hədiyyə və mükafatlar təqdim olunub.


“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb - FOTOLAR“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb - FOTOLAR“Bizon Max Kokteyl Yarışması 2026” uğurla başa çatıb - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026