• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Aqil Abbasdan Ramiz Mehdiyevlə BAĞLI: "Onun pulları ilə..."

SİYASƏT

27 Fevral 2026 | 12:10

Aqil Abbasdan Ramiz Mehdiyevlə BAĞLI: Onun pulları ilə...

Milli Məclisin iclasında deputat Aqil Abbas diqqət çəkən çıxış edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, o, kino sahəsinə dövlət dəstəyinin yetərli olmadığını vurğulayaraq dedi ki, ölkədə mövcud maliyyə imkanları düzgün istifadə olunmur:

“Ramiz Mehdiyevin evində tapılan 17 milyon manat yalnız bir neçə film üçün yetərli pul deməkdir. Amma bu vəsait evdə qalır, filmlər çəkilmir. Mən istəyirəm ki, bizim tariximiz və mədəniyyətimiz əks olunan filmlər dünyaya çıxsın. Türkiyədə Fateh Sultan Mehmet kimi tarixi şəxsiyyətlərin hekayəsi filmlərlə yayılır, Rusiyada isə nazirliklər bir-birinə rəqabət aparır, daha çox layihə maliyyələşdirilir. Niyə bizdə sponsorlar cəlb edilmir? Tarixi qəhrəmanlarımız kifayət qədər zəngindir, onların hekayələri çəkilməli və təqdim olunmalıdır”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Fevral 2026