• Bakı 11° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Melikov Putinə: "Dağıstanın əsas milləti azərbaycanlılardır"

SİYASƏT

27 Mart 2026 | 18:39

Melikov Putinə: Dağıstanın əsas milləti azərbaycanlılardır

Dağıstanın rəhbəri Sergey Melikov Rusiya Prezidenti Vladimir Putinə Dərbənddə Azərbaycan Dövlət Teatrının təmirdən sonra açılış mərasimində bildirib ki, Dağıstanın əsas milləti Azərbaycanlılardır və respublika qonşusu ilə güclü münasibətlərə və mədəni əlaqələrə malikdir.

Bakıvaxtı.az xəbər verir ki, Putin videobağlantı vasitəsilə teatrın yenidənqurmadan sonrakı açılışında iştirak edib.

“Bu gün Dağıstanda 12 teatr fəaliyyət göstərir. Ən əsası, onlardan səkkizi milli teatrdır və Dağıstanda yaşayan xalqların mədəniyyətlərini təmsil edir. Bu gün biz bu çoxteatrlı ailəyə daha bir səhnə, başqa bir məkan əlavə edirik: Azərbaycan Teatrı. Azərbaycanlılar Dağıstanımızın əsas millətidir və bizim cənub qonşularımızla çox yaxşı, güclü münasibətlərimiz və mədəni əlaqələrimiz var”, - deyə Məlikov bildirib.

Onun sözlərinə görə, teatrın "Xalqların Birliyi İli" dövründə açılması Dağıstanda yaşayan bütün xalqlara qarşı müsbət münasibəti vurğulayır./Teleqraf 


SON XƏBƏRLƏR