• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Bakıda ət niyə baha satılır? - VİDEO

CƏMİYYƏT

13 Oktyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Bakıda ət niyə baha satılır? - VİDEO

Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 manat 50 qəpik-2 manat yüksəkdir. Bərdədə fəaliyyət göstərən qəssab deyir ki, ümumilikdə ətin yerindən alış qiymətləri artsa da, alıcılara gündəlik satışları azalıb.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, Bakıdakı qəssablar isə bildirirlər ki, bölgədən gətirilən ətin üzərinə daşınma və satış xərcləri də əlavə olunur. Onların sözlərinə görə, əvvəl təxminən 1 manat olan qiymət fərqi indi bəzi rayonlarla müqayisədə 2 manata çatır.

Quzu ətində də bölgə ilə paytaxt arasında qiymət fərqi var. Bölgədə fəaliyyət göstərən  qəssablar deyirlər ki,  heyvanın çəkisi və yaşı da qiymətə təsir edir.

Bakıda isə 15-17 kiloqramlıq quzuların ətinin 1 kiloqramı 21 manata təklif olunur. Əmlik quzuların əti isə daha baha satılır.

Bölgələrdə fəaliyyət göstərən qəssablar ətin qiymətinin son aylar mütəmadi artdığını bildirirlər. Bu artımın davam edəcəyini düşünənlər də var.

Daha ətraflı videomaterialı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026