• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Bağçalının müavini: "Qardaşlığımız sarsılmazdır"

SİYASƏT

14 Oktyabr 2026 | 09:19 | Müəllif: Əli Hüseynov

Bağçalının müavini: "Qardaşlığımız sarsılmazdır"

"Türklüyün qanayan yarası olan Qarabağı 44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşduran, işğal bölgələrində azanı oxutduran Azərbaycan Prezidenti cənab İlham Əliyev cəsur və qüdrətli liderdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İsmayıl Özdəmir özünün "X" hesabında yazıb.

O bildirib ki, son vaxtlar Azərbaycanda yaşanan hadisələrin Türkiyə və Azərbaycan arasında Şuşa Bəyənnaməsi ilə təsdiq edilən dostluq və qardaşlıq bağlarını zəiflədə bilməz:

"Suveren dövlət kimi Azərbaycan Türk dünyası üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyən edilən istiqamətdə qüdrətli bir güc statusuna yüksərək, XXI əsrin ən nüfuzlu dövlətlərindən biri kimi tanınacaq.

Hilal və ulduz ayrılmazdır; Xəzər ilə Aralıq dənizi arasındakı bağ sarsılmazdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026