Suriyanın şimal-şərqində Əl-Cəbsə qaz boru kəmərinə zərbə endirilib, nəticədə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Hücum Haseke əyalətində yerləşən Əl-Şəddadi şəhərindən təxminən 60 kilometr aralıda baş verib.
Məsul qurumlar hadisənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür.
















