• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

MKA maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

    CƏMİYYƏT

    15 Oktyabr 2026 | 17:39 | Müəllif: Əli Hüseynov

    MKA maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

    Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasının 8.8.1.1-ci yarımbəndinə əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən əhalinin kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması istiqamətində maarifləndirmə tədbirləri davam edir.

    Agentlikdən Bakıvaxtı.az-a bildirilib ki, tədbirlər çərçivəsində kibertəhdidlər, kibergigiyena qaydaları, fərdi məlumatların qorunması, fişinq və sosial mühəndislik hücumlarından müdafiə yolları barədə məlumatlar vətəndaşlara çatdırılır.

    Maarifləndirmə tədbirləri Bakı Metropoliteni, smart dayanacaqlar, “ASAN xidmət”, “ASAN kommunal”, Heydər Əliyev Beynəlxalq Aeroportu, “AccessBank”, “Azərpoçt” filialları, DOST Mərkəzləri və Azərbaycan Dəmir Yolları daxil olmaqla ümumilikdə 133 müxtəlif məkan və xidmət nöqtəsində həyata keçirilir.

    Bununla yanaşı, “SİMA İmza” və “myGov” platformaları vasitəsilə 5 milyondan çox istifadəçiyə kibertəhlükəsizliklə bağlı maarifləndirici bildirişlər göndərilir.

    MKA rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və kibertəhlükələr barədə məlumatlılığın artırılması istiqamətində maarifləndirmə fəaliyyətlərini geniş miqyasda davam etdirəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Noyabr 2026