• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü

DÜNYA

15 Oktyabr 2026 | 18:59 | Müəllif: Subhan Mahmudov

Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü

İstanbulun Üsküdar rayonunun bələdiyyə sədrinin müavini Dündar Ziya Gültekin ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə günorta saatlarında Anadolu magistralında qeydə alınıb. Yağış səbəbindən sürüşkən olan yolda üç avtomobil toqquşub. Hadisə zamanı beş nəfər xəsarət alıb. Qəza zamanı ağır yaralanan Gültekin xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbərdə bildirilir ki, sədr müavini qəzaya düşdükdən sonra infarkt keçiribmiş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026