• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ Xorxe Rodrigezə qarşı sanksiyaları ləğv etdi

DÜNYA

15 Oktyabr 2026 | 16:27 | Müəllif: Gülşən Şərif

ABŞ Xorxe Rodrigezə qarşı sanksiyaları ləğv etdi

 ABŞ Venesuela Milli Assambleyasının prezidenti və ölkənin müvəqqəti prezidenti Delsi Rodrigezin qardaşı Xorxe Rodrigezə qarşı sanksiyaları ləğv edib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi qərarın səbəbini göstərmədən 60 yaşlı J. Rodrigezi "Xüsusi Təyin Edilmiş Vətəndaşlar Siyahı"sından çıxarıb.

Xatırladaq ki, J. Rodriges və bacısı 2018-ci ilin sentyabr ayında Donald Trampın ilk prezidentlik müddəti ərzində ABŞ tərəfindən sanksiyalara məruz qalıblar. O dövrdə Vaşinqton Venesuelanın yüksək vəzifəli rəsmilərini Maduronun hakimiyyətini möhkəmləndirməyə kömək etməkdə günahlandırırdı.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026