• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Real” La Liqanın oyun təqvimindən narazı qaldı

İDMAN

14 Oktyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

“Real” La Liqanın oyun təqvimindən narazı qaldı

“Real” Çempionlar Liqası oyunundan cəmi üç gün sonra La Liqada matça çıxacaqları üçün etiraz edib.

Bakıvaxtı.az xəbər verir ki, La Liqa Madrid klubunun “Valensiya” ilə səfər matçını noyabrın 7-nə təyin edib. Halbuki “Real” bundan üç gün əvvəl, yəni noyabrın 4-də Yunanıstanda AEK-lə Çempionlar Liqası oyununa çıxacaq.

“AS” nəşrinin məlumatına görə, klub bu qərarı təəccüblə qarşılayıb. Həmçinin növbəti həftə avrokubok və İspaniya Kuboku oyunları olmadığı üçün “Valensiya” ilə qarşılaşmanın bazar gününə keçirilməsini daha məqsədəuyğun hesab edib.

Bundan başqa, çərşənbə günü Çempionlar Liqasında oynayacaq digər İspaniya klublarının La Liqa matçları bazar gününə təyin edilib. Bu isə “Real”ın narazılığını daha da artırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026