• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidmətləri göstərilir - FOTO

CƏMİYYƏT

27 Fevral 2026 | 12:44

Əlilliyi olan 6100 şəxsə evlərində reabilitasiya xidmətləri göstərilir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfində hazırda əlilliyi olan 6100 şəxsə evlərində (səyyar) reabilitasiya xidmətləri göstərilir.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlar yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan şəxslərdir. Həmin şəxslər həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. xidmətlərlə evlərində təmin olunurlar.

Qeyd edilən kateqoriyaya aid olan və səyyar reabilitasiya xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxslər (və ya qanuni nümayəndələri) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edirlər.

Müraciətlə bağlı olaraq Agentliyin həkim və psixoloqlarından ibarət səyyar briqadası onların evlərinə gələrək, ilkin müayinə və qiymətləndirmə aparır. Əlilliyi olan şəxsin faktiki vəziyyəti səyyar xidmət göstərilməsi üçün nəzərdə tutulan diaqnozlara aid olduqda ona fərdi plan əsasında evində (səyyar) reabilitasiya xidmətləri göstərilir.


SON XƏBƏRLƏR