• Bakı C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Bayramda Ağdama qatarla getmək istəyənlərin NƏZƏRİNƏ: 4 gün...

CƏMİYYƏT

27 Fevral 2026 | 09:22

Bayramda Ağdama qatarla getmək istəyənlərin NƏZƏRİNƏ: 4 gün...

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Bakıvaxtı.az-a QSC-dən bildirilib.

Verilən məlumata görə, 21, 23, 25 və 28 mart tarixlərində sərnişinlər bu marşrut üzrə hər iki istiqamətə səfər edə biləcəklər.

Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.

ADY sərnişinlərə bayram hazırlığına indidən başlamağı tövsiyə edir. Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.


SON XƏBƏRLƏR

26 Fevral 2026