• Bakı C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Akopyan və Paşinyan ayrıldı

DÜNYA

27 Fevral 2026 | 09:00

Akopyan və Paşinyan ayrıldı

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir.

Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı əmlak hələ tikilməkdədir.

Yaşayış xərclərinə gəldikdə isə, o, hesabında 5 milyon dram qaldığını bildirib.

O qeyd edib ki, "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir. Lakin bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.

Paşinyan Annanın qərarına münasibət bildirib. O, qərara hörmətlə yanaşdığını bildirib: "Son 30 ildir ki, Anna bütün çətin günlərimdə yanımda olub, sığınacağım və dayağım olub. Ona qarşı belə davrandığımdan əmin deyiləm. Bəlkə də daha çox acılara səbəb oldum, bunun üçün üzr istəyirəm".


SON XƏBƏRLƏR

26 Fevral 2026