1 saylı Maştağa Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkimininin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb.
Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilmişdi. Onu da qeyd edək ki, 1 saylı Maştağa Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.
Bakı 





