Moskvanın Naro-Fominsk Şəhər Məhkəməsi reper Qufu (əsl adı Aleksey Dolmatov) hamamda baş vermiş dava ilə bağlı 1 il şərti azadlıqdan məhrum edib.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmə onu özbaşınalıqda təqsirli bilib və 1 il sınaq müddəti təyin edib. Barışıq əsasında işin bağlanması ilə bağlı vəsatət təmin olunmayıb.
Hadisə 23 oktyabr 2024-cü ildə Aprelevkada baş verib. İlkin ittihama görə, dava zamanı zərərçəkmişə zor tətbiq olunub və onun telefonu götürülüb. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, Qufu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
Bakı 




