• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan rusiyalı hərbçiləri Türkiyə ilə sərhəddən çıxardı

DÜNYA

26 Fevral 2026 | 18:32 | Müəllif: Subhan Mahmudov

Ermənistan rusiyalı hərbçiləri Türkiyə ilə sərhəddən çıxardı

Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki “Axurik” keçid məntəqəsində Rusiya qoşunlarını əvəz ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 2021-2026-cı illər üçün hökumət proqramının icrası ilə bağlı hesabatda bildirilib.

Mətndə deyilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən idarə olunur.

"2026-cı ilin əvvəlindən etibarən “Axurik” keçid məntəqəsi də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının şəxsi heyəti tərəfindən idarə olunacaq. Hazırda sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının tam nəzarəti altında olmayan aktiv keçid məntəqəsi yoxdur", - deyə hesabatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026