• Bakı 10° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Regionda uzunmüddətli qardaş müharibəsi baş verə bilər"

DÜNYA

28 Mart 2026 | 15:27

Regionda uzunmüddətli qardaş müharibəsi baş verə bilər

Regionda uzunmüddətli qardaş müharibəsi baş verə bilər.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyatının rəhbəri İbrahim Kalın İstanbulda keçirilən “STRATCOM” sammitində çıxışı zamanı deyib.

    O, ABŞ-İsrail və İran arasında müharibənin türklər, kürdlər, ərəblər və farslar arasında uzunmüddətli bir qardaş müharibəsi riskini doğura biləcəyini bildirib.

    MİT rəhbəri bu böyük müharibə ilə birlikdə regionda ciddi bir fitnə alovunun da yandırıldığını qeyd edib.

    O əlavə edib ki, hazırda Türkiyənin əsas səyləri bu müharibənin tezliklə dayandırılmasına yönəlib:

    “Bu müharibə bölgədə ciddi fitnə riskini də artırır. Nəticələri təkcə İranın nüvə potensialı ilə məhdudlaşmır, daha təhlükəlisi bölgənin əsas xalqları olan türklər, kürdlər, ərəblər və farslar arasında uzunmüddətli bir qardaş müharibəsi riskini doğura bilər”, - deyə İbrahim Kalın qeyd edib. /apa


    SON XƏBƏRLƏR

    27 Mart 2026