• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan

DÜNYA

21 Sentyabr 2026 | 23:55 | Müəllif: Subhan Mahmudov

“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan

“Ermənistan Respublikası “xəyallarımızın vətənidir” və başqa vətən haqqında arzulamağa ehtiyac yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş çıxışında bəyan edib:

“İndi Ermənistanı inkişaf etdirmək, onu daha müstəqil, güclü, ədalətli və təhlükəsiz edərək gələcək nəsillərə ötürmək lazımdır. Biz bir daha heç vaxt müstəqillik və başqa dövlət haqqında xəyal qurmamalıyıq. Hər il, hər gün dövlətə sahibi olmağın nə demək olduğunu, vətəndaş olmağın nə mənaya gəldiyini daha yaxşı öyrənməliyik. Çünki bu gün Ermənistan müstəqilliyin 35-ci ildönümünü sülh şəraitində qeyd edir”.

Xatırladaq ki, Ermənistan sentyabrın 21-də müstəqillik gününü qeyd edir. 1991-ci ilin həmin günündə keçirilmiş referendumda iştirak edənlərin əksəriyyəti SSRİ tərkibindən çıxaraq müstəqil, demokratik dövlətin qurulmasının lehinə səs vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026