Evdəki dağınıqlıq əslində kiçik vərdişlərin zamanla yığılmasından yaranır. Gün ərzində bir kənara atılan köynək, masa üzərində unudulan stəkan getdikcə gözü yoran qarışıqlığa çevrilir.
Bakıvaxtı.az xəbər verir ki, 60 saniyə qaydası ertələmə vərdişini aradan qaldıraraq nizam-intizamı gündəlik həyatın təbii hissəsinə çevirir.
Bu yanaşmanın əsasında Kayzen fəlsəfəsi dayanır. Yəni böyük və çətin dəyişikliklər əvəzinə kiçik və davamlı addımlar atmaq. Yapon mədəniyyətində nizam yalnız fiziki ehtiyac deyil, həm də zehni rahatlığın əsas mənbələrindən biri sayılır. Buna görə də evdə edilən hər kiçik hərəkətin öz dəyəri var.
Qayda olduqca sadədir: əgər bir iş 60 saniyədən az vaxt aparırsa, onu dərhal yerinə yetir. Bu sadə refleks zamanla vərdişə çevrilir. Çünki insanı yoran işin özü deyil, onu daim xatırlamaq məcburiyyətidir.
Kiçik tapşırıqlar vaxtında yerinə yetirildikdə zehni yük də aradan qalxır. Bu qaydanı tətbiq edənlər cəmi bir neçə gün ərzində evlərinin ümumi görünüşündə nəzərəçarpacaq fərq hiss edirlər. (Musavat.com)
Bakı 




